...

Azərbaycan butan qazının idxalını 3 dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 17 Fevral 2025 17:26 (UTC +04:00)
Azərbaycan butan qazının idxalını 3 dəfəyə yaxın artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycana xaricdən 904,3 ton miqdarında, 325 min ABŞ dolları dəyərində maye halında butan qazı idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu göstərici əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 585,6 ton və ya 2,8 dəfə, dəyər ifadəsi ilə 201 min ABŞ dolları, yaxud da 2,6 dəfə çoxdur.

Belə ki, 2023-cü ildə Azərbaycana xaricdən 318,7 ton miqdarında, 124 min ABŞ dolları dəyərində butan qazı idxal edilib.

Bəhs olunan dövrdə Azərbaycana Qazaxıstandan (290,6 ton, 106 min dollar), Rusiyadan (603 ton, 189 min dollar), İrandan (10 ton, 29,8 min ABŞ dolları) və Almaniyadan (0,08 min ton, 410 ABŞ dolları) maye halında butan qazı idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti