...

Azərbaycan AİB ilə dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təklifləri müzakirə edib

İqtisadiyyat Materials 17 Fevral 2025 19:09 (UTC +04:00)
Azərbaycan AİB ilə dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təklifləri müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, nazir müavini Səməd Bəşirlinin Asiya İnkişaf Bankının özəl sektorun inkişafı üzrə regional direktoru, missiya rəhbəri Enriko Pinallinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.

Görüşdə dövlət-özəl əməkdaşlığı çərçivəsində AİB ilə əməkdaşlıq yüksək qiymətləndirilib, enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.

AİB tərəfindən hazırlanmış müxtəlif sahələrdə dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti