...

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında bank sektorunda innovativ texnologiyaların tətbiqi müzakirə edilib

İqtisadiyyat Materials 18 Fevral 2025 17:33 (UTC +04:00)
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında bank sektorunda innovativ texnologiyaların tətbiqi müzakirə edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında bank sektorunda pul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması, eləcə də innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında paylaşım edib.

“Əl-Ula şəhərində keçirilən konfransda iştirak çərçivəsində Səudiyyə Mərkəzi Bankının monetar məsələlər üzrə sədr müavini Talal Əl-Humud ilə görüşdük. Görüşdə pul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması, eləcə də innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında bilik və təcrübə mübadilələrinin təşkilinin artırılması ilə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə etdik”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti