...

Azərbaycan və Çin monetar siyasət sahəsində həyata keçirilən islahatları müzakirə edib

İqtisadiyyat Materials 19 Fevral 2025 14:39 (UTC +04:00)
Azərbaycan və Çin monetar siyasət sahəsində həyata keçirilən islahatları müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çinin mərkəzi bankları arasında monetar siyasət sahəsində həyata keçirilən islahatlar, eləcə də digər məsələlər müzakirə edilib.

Tənzimləyici qurumdan Trend-ə verilən məlumata görə, bu, mərkəzi Bankın sədri Taleh Kazımovun AlUlaCEME 2025 konfransı çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşin ilə görüşü zamanı baş tutub.

Bildirilib ki, görüşdə mərkəzi banklar tərəfindən monetar siyasət sahəsində həyata keçirilən islahatlar, eləcə də, rəqəmsal valyutaların və maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi tendensiyaları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, həmçinin, qurumlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, bu çərçivədə bilik və təcrübə mübadilələrinin təşkili məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti