...

Hesablama Palatası daha 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrini təsdiq edib

İqtisadiyyat Materials 19 Fevral 2025 15:57 (UTC +04:00)
Hesablama Palatası daha 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrini təsdiq edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri üzrə auditor hesabatları, həmçinin 2025-ci ilin İş Planı üzrə bəzi nəzarət tədbirlərinin proqramları müzakirə edilərək təsdiq olunub.

Bu barədə Trend-ə Hesablama Palatasından məlumat verilib.

Bildirilib ki, sonra 2024-cü ilin İş Planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə dair Hesablama Palatasının kollegiyası tərəfindən qəbul edilmiş qərarların icra vəziyyətinə dair məlumat təqdim edilib. Qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib.

Bununla yanaşı, qurumun sədri Vüqar Gülməmmədov bəzi qərarların qismən icra edilmiş və icra edilməmiş bəndləri üzrə izlənilmənin davam etdirilməsinə, qanunvericiliyin tələbləri nəzərə alınmaqla tam icra edilməyən bəndlər üzrə işlərin sürətləndirilməsi üçün kənar dövlət maliyyə nəzarəti obyektlərinə məlumatların təqdim edilməsinə, aidiyyəti dövlət orqanlarına səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə müvafiq məktubların göndərilməsinə, həmçinin müvafiq məsələdən irəli gələrək digər fəaliyyətlərin həyata keçirilməsinə dair kollegiya üzvlərinə tapşırıqlar verib.

Eyni zamanda, iclasda “Hesablama Palatası haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq nəzarət tədbirlərinin nəticələri barədə məlumatların rəsmi internet səhifədə yerləşdirilməsi ilə bağlı fəaliyyətin davam etdirilməsi təklif olunub. Kollegiya üzvləri Hesablama Palatasının Kommunikasiya Strategiyasına uyğun olaraq dövlət auditi portfeli üzrə məlumatlılığın artırılmasının, bu sahədə şəffaflığın yüksəldilməsinin audit obyektlərinin fəaliyyətinə töhfəsinin olduğunu, həmçinin bunun maliyyə intizamlılığına xidmət edən preventiv mexanizm olduğunu bildiriblər.

İclasda həmçinin gündəlikdə yer alan cari məsələlərə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti