Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur.
Eyni zamanda bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.
Hesabat dövründə həyat sığortası üzrə 61.9 milyon manat, qeyri-həyat sığortası üzrə isə 101.8 milyon manat sığorta haqqı toplanıb. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 37,5% və 8,1% çoxdur.
Eyni zamanda bu ilin yanvarında həyat sığortası üzrə 29.5 milyon manat, qeyri-həyat sığortası üzrə isə 18.1 milyon manat sığorta ödənişi icra edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə müvafiq olaraq 35,4% və 6,7% artım deməkdir.
Bundan başqa, cari ilin yanvar ayında avtonəqliyyat sığortası üzrə 18.7 milyon manat sığorta haqqı yığılıb. Bunlardan 5.9 milyon manatı könüllü, 12.8 milyon manatı isə icbari sığorta haqlarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sığorta üzrə yığmılar 8.8% artıb.
Həmçinin hesabat dövrü ərzində avtonəqliyyat sığortası üzrə sığorta ödənişlərinin həcmi 11.9 milyon manat olub ki, bu da əlləki nilin yanvarındakı göstəriciyə nisbətən 25.4% artım deməkdir. Dövr ərzində ödənilən sığorta haqlarının 2.4 milyon manatı könüllü, 9.5 milyon manatı isə icbari sığorta ödənişlərinin payına düşüb.
Eyni zamanda 2025-ci ilin yanvarında sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 5.6 milyon manat sığorta haqları, 2.4 milyon manat isə sığorta ödənişləri təşkil edilib.
Qeyd edək ki, Azərbaycanda 16 sığorta şirkəti fəaliyyət göstərir.