...

Yanvarda Azərbaycan pambıq ixracından 11,6 milyon dollar gəlir əldə edib

İqtisadiyyat Materials 24 Fevral 2025 15:47 (UTC +04:00)
Yanvarda Azərbaycan pambıq ixracından 11,6 milyon dollar gəlir əldə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 11,6 milyon ABŞ dolları dəyərində 7,2 min ton pambıq ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni ayındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 787 min ABŞ dolları və ya 6,4%, həcm baxımından isə 478 ton və ya 6,2% azdır.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Eyni zamanda bu ilin yanvarında Azərbaycandan 228,4 milyon ABŞ dolları dəyərində 371,7 min ton qeyri-neft məhsulları ixrac edilib. Bu isə ötən ilin yanvar ayındakı mgöstərici ilə müqayisədə 24,8 milyon ABŞ dolları və ya 12,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti