...

Ötən il dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 20% artıb

İqtisadiyyat Materials 24 Fevral 2025 17:42 (UTC +04:00)
Ötən il dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 20% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 37,6 milyon manat məbləğində vəsait ödənilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.

Məlumata görə, eyni zamanda, ötən il ərzində dövlət mülkiyyətində olan torpaq sahəsinə dair 3.453 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat məbləğində vəsait ödənilib.

2024-cü il ərzində qeyri-yaşayış sahəsinə dair 646 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 7,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü il ərzində 4.099 yeni icarə müqaviləsi bağlanılıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 15% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti