...

Mərkəzi Bank Berlin Qrup üzrə Açıq Maliyyə işçi qrupuna müşahidəçi qismində üzv olub

İqtisadiyyat Materials 24 Fevral 2025 17:44 (UTC +04:00)
Mərkəzi Bank Berlin Qrup üzrə Açıq Maliyyə işçi qrupuna müşahidəçi qismində üzv olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Belə ki, Mərkəzi Bank Berlin Qrup üzrə Açıq Maliyyə işçi qrupuna səsvermə hüququ olmayan müşahidəçi qismində üzv qəbul olunub.

Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.

Bildirilib ki, bu üzvlük innovasiyaların təşviqi və tənzimləmə çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verəcək.

Qeyd olunub ki, həmçinin Mərkəzi Bank üzvlük çərçivəsində açıq bankçılıq və açıq maliyyə sahəsində aparıcı təşkilatlarla və tənzimləyicilərlə əməkdaşlıq edərək ən yaxşı beynəlxalq təcrübələrdən yararlanmaq imkanı əldə edəcək.

Bununla yanaşı, vurğulanıb ki, üzvlük Mərkəzi Banka ölkədə inklüziv maliyyə ekosisteminin formalaşdırılması və maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində mühüm təşəbbüslər həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, Berlin Qrup maliyyə sektorunda standartların və innovativ həllərin inkişafına yönəlmiş nüfuzlu beynəlxalq təşəbbüsdür. 2004-cü ildə təsis edilmiş bu qrup vahid avro ödəniş sahəsi (SEPA) çərçivəsində banklararası əməliyyatlarda qarşılıqlı əlaqəni artırmağı və səmərəli pərakəndə ödəniş bazarını təşviq etməyi hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti