...

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 5 milyard manata yaxın artıb

İqtisadiyyat Materials 25 Fevral 2025 11:45 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 5 milyard manata yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 29,3 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 milyard manat və ya 20,4% çoxdur. Belə ki, 2024-cü ilin yanvar ayının sonuna Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 24,4 milyard manat idi.

Qeyd edək ki, təkcə yanvar ayında Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 37,1 milyon manat olub. Belə ki, yanvar ayının sonuna Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları ötən ilin sonu ilə müqayisədə 37,1 milyon manat və ya 0,1% çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti