...

Ötən il ödənilmiş aqrar sığorta ödənişlərinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 Fevral 2025 12:26 (UTC +04:00)
Ötən il ödənilmiş aqrar sığorta ödənişlərinin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il ərzində Azərbaycanda 6,4 milyon manat aqrar sığorta ödənişi icra edilib.

Trend xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, 2022-ci ildə bu göstərici 2,4 milyon manata, 2023-cü ildə isə 4,4 milyon manata bərabər olub:

"2023-cü ildə 240 min hektar ərazini sığortalanmış, 7.3 milyon manat sığorta haqqı ödənilmişdir. 2024-cü ildə isə 246 min hektar ərazini sığortalanmış, 5.4 milyon manat sığorta haqqı icra edilmişdir".

"2024-cü il Azərbaycanda aqrar sığortanın əhatəsinin artması dövrü kimi qiymətləndirə bilərik. Ötən il Azərbaycanda sığortalanan əkin sahələri bir qədər də artaraq 447 min hektara çatmışdır. Bu, ölkədəki sığortalana bilən ərazilərin təxminən 30%-ə yaxını deməkdir.

2024-cü ildə sığortalanan əkin sahələrini 25 min hektar və ya təxminən 6% artıb. Bu artımı biz müqavilə sayında da görürük. Aqrar Sığorta Fondu ilə bağlanan sığorta müqavilələrinin sayı sürətlə artmaqdadır.

2022-ci ildə 47 min müqavilə olduğu halda 2023-cü ildə 51 min, 2024-cü ildə isə 56.7 min müqavilə bağlanıb.

Bitkiçilik üzrə sığorta təminatı hər il artır. Biz 2024-cü ildə ümumi dəyəri 513 milyon manat olan məhsul sığortalamışıq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti