...

Manatın dövretmə sürəti açıqlanıb

İqtisadiyyat Materials 25 Fevral 2025 16:11 (UTC +04:00)
Manatın dövretmə sürəti açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,26 bənd təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin yanvarın 1-i ilə müqayisədə 0,19 bənd və ya 5,5% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,06 bənd və ya 1,9% çoxdur.

Belə ki, bu ilin yanvarın 1-də manatın dövretmə sürəti 3,45 bənd, ötən ilin fevralın 1-nə isə 3,20 bənd təşkil etmişdi.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti