...

Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlərin məbləği açıqlanıb

İqtisadiyyat Materials 26 Fevral 2025 16:39 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlərin məbləği açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan 503 min manat vəsait cəlb olunub.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Bu göstərici üzrə orta faiz dərəcəsi isə 2,70%-ə bərabər olub.

Məlumata əsasən, cəlb olunmuş əmanətlər bir ay əvvəlki göstərici ilə müqayisədə 70 min manat və ya 16,2% artıb.

Sözügedən regiondan cəlb olunmuş əmanətlərin 487 min manatı milli valyutada, 16 min manatı isə sərbəst dönərli valyutada (SDV) olub.

Hesabat dövründə Qarabağ iqtisadi rayonundan isə 91,8 milyon manat əmanət cəlb olunub ki, bu da bir ay əvvələ nisbətən 3,6 milyon manat və ya 4,1% çoxdur.

Eyni zamanda, bu göstərici üzrə orta faiz dərəcəsi 4,87% təşkil edib.

Sözügedən regiondan cəlb olunmuş əmanətlərin 86,9 milyon manatı milli valyutada, 4,9 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) olub.

Qeyd edək ki, cari ilin fevralın 1-nə Azərbaycanda ümumi regionlar üzrə cəlb olunmuş əmanətlər 14,7 milyard manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti