Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,7 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu – 13 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 503 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 520,8 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 235,2 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdim edirik:
Regionlar üzrə cəlb olunmuş əmanətlər |
||
Regionların adı |
Cəmi (min manat) |
Orta % dərəcəsi |
Bakı iqtisadi rayonu |
12,977,758 |
4.36% |
Abşeron-Xızı iqtisadi rayonu |
520,788 |
6.29% |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
235,177 |
6.15% |
Quba-Xaçmaz iqtisadi rayonu |
138,748 |
5.59% |
Lənkəran-Astara iqtisadi rayonu |
131,786 |
5.36% |
Şəki-Zaqatala iqtisadi rayonu |
126,492 |
4.65% |
Mərkəzi Aran iqtisadi rayonu |
123,797 |
5.53% |
Qazax-Tovuz iqtisadi rayonu |
110,475 |
6.02% |
Qarabağ iqtisadi rayonu |
91,826 |
4.87% |
Naxçıvan iqtisadi rayonu |
74,278 |
3.74% |
Şirvan-Salyan iqtisadi rayonu |
71,004 |
4.33% |
Mil-Muğan iqtisadi rayonu |
52,310 |
3.51% |
Dağlıq Şirvan iqtisadi rayonu |
43,713 |
5.35% |
Şərqi Zəngəzur iqtisadi rayonu |
503 |
2.70% |
Cəmi |
14,698,654 |
4.50% |