...

Azərbaycanda yod istehsalının həcmi açıqlanıb

İqtisadiyyat Materials 27 Fevral 2025 01:00 (UTC +04:00)
Azərbaycanda yod istehsalının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 15,5 ton yod istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 min ton və ya 7,7% azdır.

Bu ilin fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 7,9 ton təşkil edib.

Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycanda 80 min ton üzvi kimyəvi maddələr istehsal edilib. Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 6,2% və ya 5,3 min ton azdır.

Cari ilin fevralın 1-nə hazır məhsul istehsalı 34,5 min ton təşkil edib.

Eyni zamanda bu ilin yanvarında Azərbaycanda qeyri-üzvi kimyəvi maddələrin istehsalı isə 2 min ton təşkil edib ki, bu da 2024-cü ilin eyni ayındakı göstəricidən 11,5% və ya 260 ton azdır.

Bu ilin fevralın 1-nə hazır məhsul ehtiyatı 7380 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti