...

Banklararası pul bazarında formalaşan faizlər artıq depozit faizlərinə təsir göstərməyə başlayıb - AMB

İqtisadiyyat Materials 28 Fevral 2025 08:58 (UTC +04:00)
Banklararası pul bazarında formalaşan faizlər artıq depozit faizlərinə təsir göstərməyə başlayıb - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Təhlillər göstərir ki, banklararası pul bazarında formalaşan faizlər artıq depozit faizlərinə təsir göstərməyə başlayıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, aparılmış qiymətləndirmələrə əsasən, uçot dərəcəsinin 1 faiz bəndi dəyişimi 1D AZIR indeksinə 0.6 faiz bəndi təsir göstərir: "1D AZIR indeksinin 1 faiz bəndi dəyişimi isə manatla depozit faizlərini 0.4 – 0.58faiz bəndi dəyişir. Depozit faizləri də öz növbəsində kredit faizlərinə təsir edən mühüm amillərdən biridir. Təhlillər göstərir ki, 1D AZIR indeksinin kredit faizlərinə olmaqla təsiri də gözlənilən statistik əhəmiyyətli olmaqla gözlənilən istiqamətdə dəyişir".

"Bunlardan başqa, 1D AZIR ilə dövlət qiymətli kağızları üzrə gəlirlilik əyrisi də əsasən eyni istiqamətdə dəyişir.
Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı üzrə ötürücülüyünün yaxşılaşdığını göstərir. Pul siyasəti maliyyə çərçivəsinin təkmilləşdirilməsi vəsektorunun dərinliyinin artması ilə tədricən faiz transmissiyasının növbəti halqası olan bank-müştəri faizlərinə ötürücülükdə də yaxşılaşma gözlənilir", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti