Bakı. Trend:
2024-cü ildə banklararası bazarın həm təminatsız, həm dətəminatlı sektorunda yüksək aktivlik müşahidə olunub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumatda vurğulanıb ki, hesabat ilində “Bloomberg” ticarət sistemində banklar arasında 101.8 milyard manat məbləğində 3761 ədəd təminatsız əqd bağlanıb: "Bu əməliyyatların həcm olaraq 97%-i 1-3 günlük olmuşdur. Bu dövr ərzində banklararası repo bazarında isə 11.5 mlrd. manat həcmində 723 əqd bağlanmışdır. Bu əqdlərin həcm olaraq 47%-i 1-3 günlük, 24%-i isə 6-8 günlük əməliyyatlar olmuşdur. 2023-cü illə müqayisədə təminatsız pul bazarında bağlanılan əqdlərin həcmi 3.3 dəfə, banklararası repo bazarındakı əməliyyatların həcmi isə 2.5 dəfə artmışdır".