...

Azərbaycanla Xorvatiya arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 28 Fevral 2025 13:48 (UTC +04:00)
Azərbaycanla Xorvatiya arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Xorvatiya arasında ticarətin və qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin qəbulunda olduq. Azərbaycan - Xorvatiya strateji tərəfdaşlığının və iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti