...

Azərbaycan bankları daxili ipoteka kreditlərində azalma olacağını proqnozlaşdırır – AMB

İqtisadiyyat Materials 28 Fevral 2025 17:52 (UTC +04:00)
Azərbaycan bankları daxili ipoteka kreditlərində azalma olacağını proqnozlaşdırır – AMB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə azalma olacağı qənaətindədirlər.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, ötən rübdən fərqli olaraq, 2024-cü ilin IV rübündə cəmi ipoteka kreditlərinə tələb artıb. Respondentlərin cavablarına görə, tələbdəki artım İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Banklar 2024-cü ilin IV rübündə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən regiondakı layihələr üzrə evlərin kütləvi satışa çıxarılmasını tələbin artmasına təsir göstərən faktor kimi qeyd edib.

Ötən ilin IV rüb üzrə nəticələrinə əsasən, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. Daxili ipoteka kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin artımı formasında olub. İKZF hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.

Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital mövqeyi və maliyyələşmə dəyəri sərtləşdirici təsir göstərən faktorlar olub.

Bütövlükdə, sorğu nəticələrinə əsasən bankların ipoteka portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti