...

Azərbaycan plastmassa idxalını artırıb, ixracı azaldıb

İqtisadiyyat Materials 3 Mart 2025 17:03 (UTC +04:00)
Azərbaycan plastmassa idxalını artırıb, ixracı azaldıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana 41 milyon ABŞ dolları dəyərində 22,7 min ton plastmassa və onlardan hazırlanan məmulatlar idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,4 milyon ABŞ dolları və ya 11,9%, həcm baxımından isə və ya 1,4 min ton və ya 6,4% çoxdur.

Sözügedən məmulatların idxalı ölkənin 2025ci ilin yanvar ayı üzrə ümumi idxalında 2% paya malik olub.

Eyni zamanda bu ilin yanvar ayında Azərbaycandan 18,6 milyon ABŞ dolları dəyərində 17,8 min ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,7 milyon ABŞ dolları və ya 40,5%, həcm ifadəsində isə 22,8 min ton və ya 56,1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti