...

İnformasiya və rabitə sektoruna investisiya qoyuluşu 40% artıb

İqtisadiyyat Materials 18 Mart 2025 11:15 (UTC +04:00)
İnformasiya və rabitə sektoruna investisiya qoyuluşu 40% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində əsas kapitala 50,1 milyon manat investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3 milyon manat və ya 39,8% çoxdur.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə informasiya və rabitə sahəsində əsas kapitala 35,8 milyon manat investisiya yönəldilmişdi.

Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 2,5%-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti