Bakı. Trend:
Ötən il Azərbaycanın portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 700.4 milyon ABŞ dolları artıb, xalis maliyyə öhdəlikləri isə 960.9 milyon ABŞ dolları azalıb.
Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət sektorunun (60.8 milyon ABŞ dolları), kapitalda iştiraka təminat verən qiymətli kağızların (79.7 milyon ABŞ dolları) və bankların (719.4 milyon ABŞ dolları) hesabına artıb, digər sektorların (159.5 milyon ABŞ dolları) hesabına azalıb.
Öhdəliklər əsasən, dövlət sektorunun (875.0 milyon ABŞ dolları), kapitalda iştiraka təminat verən qiymətli kağızların (12.7 milyon ABŞ dolları), bankların (49.0 milyon ABŞ dolları) və digər sektorların (24.2 milyon ABŞ dolları) hesabına isə azalıb.