...

Azərbaycanda pambıq parça istehsalı artıb

İqtisadiyyat Materials 19 Mart 2025 10:42 (UTC +04:00)
Azərbaycanda pambıq parça istehsalı artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk iki ayında Azərbaycanda 5,4 milyon kvadrat metr pambıq parça istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 452 min kvadrat metr və ya 9,1% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda 5 milyon kvadrat metr pambıq parça istehsal olunub.

Cari ilin mart ayının birinə ölkədə hazır pambıq parça ehtiyatı 118 min kvadrat metr təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 106,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 47%, toxuculuq sənayesində 21,8% artım, geyim istehsalında isə 39,8% azalma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti