Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 133,4 min ton üzvi kimyəvi maddələr istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 25,9 min ton və ya 16,2% azdır.
Cari ilin martın 1-nə hazır məhsul istehsalı 15,4 min ton təşkil edib.
Eyni zamanda, bu ilin ilk iki ayında Azərbaycanda qeyri-üzvi kimyəvi maddələrin istehsalı isə 2,7 min ton təşkil edib ki, bu da 2024-cü ilin eyni aylarındakı göstəricidən 56% və ya 3,4 min ton azdır.
Bu ilin martın 1-nə hazır məhsul ehtiyatı 6,8 min ton təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 363,9 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 21,4%, kimya sənayesi məhsullarının istehsalı 11,4% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,6% azalıb.