...

Meksika Azərbaycan iqtisadiyyatına investisiya yatırmağa başlayıb

İqtisadiyyat Materials 30 Mart 2025 03:00 (UTC +04:00)
Meksika Azərbaycan iqtisadiyyatına investisiya yatırmağa başlayıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Meksikanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 5,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Meksikadan yatırılan investisiyaların payı 0,1% təşkil edib.

Qeyd edək ki, AMB-nin məlumatlarına əsasən, bundan əvvəlki illərdə Meksikadan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatırılmayıb.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti