...

İki ayda Azərbaycanda 30 tona yaxın yod istehsal edilib

İqtisadiyyat Materials 1 Aprel 2025 00:05 (UTC +04:00)
İki ayda Azərbaycanda 30 tona yaxın yod istehsal edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 29,3 ton yod istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, yod istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% və ya 1,9 ton azalıb.

Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycanda 31,2 ton yod istehsal edilib.

Qeyd edək ki, cari ilin ilk iki ayında ölkədə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 363,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 21,4%, kimya sənayesi məhsullarının istehsalı 11,4% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,6% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti