...

Azərbaycanın İsveç iqtisadiyyatına qoyduğu investisiya AÇIQLANIB

İqtisadiyyat Materials 31 Mart 2025 13:21 (UTC +04:00)
Azərbaycanın İsveç iqtisadiyyatına qoyduğu investisiya AÇIQLANIB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ötən il İsveç iqtisadiyyatına 45,5 milyon ABŞ dolları sərmayə qoyub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 28,7 milyon ABŞ dolları və ya 2,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,6% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 16,8 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti