Bakı. Trend:
Bugünədək Azərbaycanda 53 min 785 ipoteka krediti verilib və 6 min 764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb.
Trend-ə bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Məlumata görə, bugünədək İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 min 549 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.
Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70%-ə yaxını gənclərdir.
Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumata görə, ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi - 4,7 mlrd. manat təşkil edib ki, onun da 3,3 mlrd. manatı və ya 81,4%-i dövlət xətti ilə verilmiş kreditlərin payına düşüb.
Bu günə olan məlumata görə, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin həcmi 3,4 mlrd. manatı keçib.