Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında gömrük xətti ilə büdcə daxilolmaları təqribən 1 milyard manatı ötüb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 58,4 milyon manat və ya 6,1% çoxdur.
Belə ki, hesabat dövründə gömrük rüsumları üzrə daxilolmalar 289,7 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 milyon manat və ya 7,4% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 682,2 milyon manat (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,1 milyon manat və ya 5,1% çox), aksizlər üzrə daxilolmalar 38,8 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon manat və ya 14,8% çox), yol vergisi üzrə daxilolmalar isə 7,1 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 371,8 min manat və ya 5,5% çox) təşkil edib.