Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan neft-qaz sektoruna 618,6 milyon manat sərf olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 286,3 milyon manat və ya 32% azdır.
Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə neft-qaz sahəsində əsas kapitala 904,9 milyon manat investisiya yönəldilmişdi.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala təqribən 2 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8% az investisiya yönəldilib.