...

Azərbaycanda əmlak sığortası üzrə yığımlar və ödənişlər artıb

İqtisadiyyat Materials 1 Aprel 2025 17:39 (UTC +04:00)
Azərbaycanda əmlak sığortası üzrə yığımlar və ödənişlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda əmlak sığortası üzrə sığorta şirkətlərinin yığımları 40,3 milyon manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 583 min manat və ya 1,5% çoxdur.

Eyni zamanda hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin həcmi 6 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-fevral aylarındakı göstərici ilə müqayisədə 603 min manat və ya 11,1% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 281,2 milyon manat sığorta haqqı yığılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 17,2% çoxdur.

Eyni zamanda, hesabat dövründə sığorta şirkətlərinin xətti ilə 108,6 milyon manat sığorta ödənişi edilib. Bu isə əvvəlki ilin eyni aylarındakı göstərici ilə müqayisədə 11,5% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti