...

Manatın dövretmə sürəti azalıb

İqtisadiyyat Materials 2 Aprel 2025 11:50 (UTC +04:00)
Manatın dövretmə sürəti azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,23 bənd təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin fevralın 1-i ilə müqayisədə 0,03 bənd və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,02 bənd və ya 0,6% azdır.

Belə ki, bu ilin fevralın 1-nə manatın dövretmə sürəti 3,26 bənd, ötən ilin martın 1-nə isə 3,25 bənd təşkil etmişdi.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti