...

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

İqtisadiyyat Materials 4 Aprel 2025 11:32 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 169 min manat və ya 1,7% artaraq 10 milyon manata bərabər olub.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici üzrə orta faiz dərəcəsi 16,17% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 9,3 milyon manatı milli valyutada, 698 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin martın 1-nə Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 477,1 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2,5 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünə nisbətən isə 67,5 milyon manat və ya 16,5% çoxdur.

Məlumata əsasən, bu göstərici üzrə orta faiz dərəcəsi 19,24%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 475,7 milyon manatı milli valyutada, 1,5 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin martın 1-nə olan məlumata əsasən, Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 27,6 milyard manata bərabər olub. Bu isə əvvəlki ayla müqayisədə 77,7 milyon manat və ya 0,3%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,8 milyard manat və ya 15,8% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti