...

Bu il Azərbaycanın büdcə gəlirləri ÜDM-in 30%-i həcmində proqnozlaşdırılır – AİB

İqtisadiyyat Materials 9 Aprel 2025 10:08 (UTC +04:00)
Bu il Azərbaycanın büdcə gəlirləri ÜDM-in 30%-i həcmində proqnozlaşdırılır – AİB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) 2025-ci ildə Azərbaycanın büdcə gəlirlərini ümumi daxili məhsulun (ÜDM) 30%-i həcmində proqnozlaşdırır.

Trend bu barədə AİB-ə istinadən xəbər verir.

Məlumata görə, bunun 12%-ni vergi, 7%-ni vergidən əlavə gəlirlər, 11%-ni isə Dövlət Neft Fondundan (ARDNF) transfertlər təşkil edəcək.

Bununla yanaşı, AİB-in proqnozlarına görə, 2025-ci ildə büdcə xərcləri ÜDM-in 32%-nə çatacaq:

“Bunun 19%-i cari, 11%-i isə kapital xərcləri olacaq. Sosial müdafiə və dəstək xərcləri 8% artacaq və ümumi büdcə xərclərinin 12%-ni təşkil edəcək. Dövlət investisiyaları isə ÜDM-in 2%-nə düşəcək. Büdcə kəsiri 2025-ci ildə ÜDM-in 2,4%-nə, 2026-cı ildə isə 2,0%-nə qədər yüksələcək”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti