Bakı. Trend:
2024-cü ilin göstəricilərinə əsasən, tikinti sektorunun Ümumi Daxili Məhsulda payı 6,7 % təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 0,5 % çoxdur.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 10 Aprel - İnşaatçılar Günü ilə əlaqədar inşaatçılara təbrik məktubunda deyib.
O bildirib ki, tikinti sektoru hər ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edir.
“Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da tikinti sənayesi uzun illərdir iqtisadi inkişafın təməl daşlarından olmaqla yeni iş yerlərinin yaradılmasında və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynamaqdadır”, - komitə sədri qeyd edib.