Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 78,9 milyard ABŞ dolları (134,1 milyard manat) olacaq.
Trend bu barədə BVF-a istinadən xəbər verir.
Fondun proqnozlarına əsasən, ÜDM-in nominal həcmi 2026-cı ildə 81,9 milyard ABŞ dolları (139,2 milyard manat), 2027-ci ildə 85,8 milyard ABŞ dolları (145,8 milyard manat), 2028-ci ildə 90,3 milyard ABŞ dolları (153,6 milyard manat), 2029-cu ildə 95,3 milyard ABŞ dolları (162,1 milyard manat) olacaq.
Bununla yanaşı, Fond hesab edir ki, Azərbaycanda qeyri-neft sektoru üzrə ÜDM-in nominal həcmi 2025-ci ildə 94,7 milyard manat, 2026-cı ildə 102,6 milyard manat, 2027-ci ildə 110,4 milyard manat, 2028-ci ildə 118,8 milyard manat, 2029-cu ildə 127,9 milyard manat təşkil edəcək.