...

İnformasiya və rabitə sektoru üzrə xidmətlərin dəyəri 8%-ə yaxın artıb

İqtisadiyyat Materials 15 Aprel 2025 16:13 (UTC +04:00)
İnformasiya və rabitə sektoru üzrə xidmətlərin dəyəri 8%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-mart aylarında göstərilmiş xidmətlərin dəyəri 823,5 milyon manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə real ifadədə 7,7% çoxdur.

Məlumata görə, göstərilmiş xidmətlərin 73%-i əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 34,8%-i və ya 286,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti