...

Azərbaycanda pambıq parça istehsalı 7%-dən çox artıb

İqtisadiyyat Materials 16 Aprel 2025 13:45 (UTC +04:00)
Azərbaycanda pambıq parça istehsalı 7%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycanda 7,7 milyon kvadrat metr pambıq parça istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 544 min kvadrat metr və ya 7,6% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda 7,155 milyon kvadrat metr pambıq parça istehsal olunub.

Cari ilin aprel ayının birinə ölkədə hazır pambıq parça ehtiyatı 78,6 min kvadrat metr təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 143,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 23,7%, toxuculuq sənayesində 15,6% artım, geyim istehsalında isə 45,3% azalma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti