Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycanda 35,3 min ton pambıq mahlıcı istehsal edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 min ton və ya 37,5% çoxdur.
Belə ki, ötən yanvar-mart aylarında Azərbaycanda 25,7 min ton pambıq mahlıcı istehsal olunub.
Cari ilin aprel ayının birinə ölkədə hazır pambıq mahlıcı ehtiyatı 41,5 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 143,8 milyon manat dəyərində məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 23,7%, toxuculuq sənayesində 15,6% artım, geyim istehsalında isə 45,3% azalma müşahidə olunub.