...

Birinci rübdə Azərbaycanda istehsal olunmuş pambıq ipliyinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 16 Aprel 2025 13:56 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda istehsal olunmuş pambıq ipliyinin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycanda 3,6 min ton pambıq ipliyi istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 670 ton və ya 15,8% azdır.

Belə ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanda 4,2 min ton pambıq ipliyi istehsal olunub.

Cari ilin aprel ayının birinə ölkədə hazır pambıq ipliyi ehtiyatı 4,7 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 143,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 23,7%, toxuculuq sənayesində 15,6% artım, geyim istehsalında isə 45,3% azalma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti