...

Azərbaycan informasiya və rabitə sektoru üzrə gəlirlərini 8%-ə yaxın artırıb

İqtisadiyyat Materials 17 Aprel 2025 18:02 (UTC +04:00)
Azərbaycan informasiya və rabitə sektoru üzrə gəlirlərini 8%-ə yaxın artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 823,5 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"2025-ci ilin I rübündə Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,8% artaraq 823,5 milyon manat təşkil edib" , - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti