...

Azərbaycan minik avtomobillərinin istehsalını iki dəfədən çox artırıb

İqtisadiyyat Materials 21 Aprel 2025 17:58 (UTC +04:00)
Azərbaycan minik avtomobillərinin istehsalını iki dəfədən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycanda 1 302 ədəd minik avtomobilləri istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 695 ədəd və ya 2,1 dəfə çoxdur.

Belə ki, ötən ilin bəhs olunan dövründə ölkədə 607 ədəd minik avtomobilləri istehsal edilmişdi.

Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-mart aylarında 144,1 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti