Bakı. Trend:
Bu il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısı keçiriləcək.
Trend xəbər verir ki, bu sözləri "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Prespektivlər" mövzusunda bu gün keçirilən konfransda Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsi rəisinin müavini Rövşən Mirzəyev deyib.
O qeyd edib ki, bu görüşü uğurlu şəkildə həyata keçirəcəyik:
"Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıqdan bəhs edəcək".
Qeyd edək ki, 2023-cü ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.