Bakı. Trend:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi elektron təhsil resursları xidməti alır.
Trend-in məlumatına görə, artıq bununla bağlı müvafiq işləri yekunlaşdırılıb.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi sözügedən xidmətlərin icrasını “Edumedia-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 1 957 866 manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 60 manat olan MMC-nin qanuni təmsilçisi Abasov Orxan Rafis oğludur.