Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 6,6 ton miqdarında yod ixrac edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda ixracdan əldə olunan gəlir 396 min ABŞ dolları olub.
Rusiyaya yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 3,1 ton və ya 88,5%, dəyər ifadəsi ilə 134 min ABŞ dolları, yaxud da 51,1% çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 3,5 ton miqdarında, 262 min ABŞ dolları dəyərində yod ixrac edilmişdi.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda 44 ton yod istehsal edilib. Yod istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% və ya 4,7 ton azalıb. Ötən ilin yanvar-mart aylarında Azərbaycanda 48,7 ton yod istehsal olunmuşdu.