...

Azərbaycan Belarusdan araq idxalını 30%-dən çox azaldıb

İqtisadiyyat Materials 6 May 2025 17:33 (UTC +04:00)
Azərbaycan Belarusdan araq idxalını 30%-dən çox azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycana Belarusdan 1,32 min dekalitr araq idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsulun idxalına 103 min ABŞ dolları xərc çəkilib.

Belursdan araq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 580 dekalitr və ya 30,5%, dəyər ifadəsi ilə 10 min ABŞ dolları, yaxud da 10,8% azalıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana Belarusdan 1,9 min dekalitr miqdarında, 93 min ABŞ dolları dəyərində araq idxal edilib.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana xaricdən 13,9 min dekalitr miqdarında, 1,4 milyon ABŞ dolları dəyərində araq idxal olunub.

Məlumat üçün bildirək ki, 1 dekalitr 10 litrə bərabərdir. Bu ölçü vahidi, əsasən, mayelərin həcmini ifadə etmək üçün istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti