...

Azərbaycan bu ölkəyə yod satışını 45%-ə yaxın azaldıb

İqtisadiyyat Materials 7 May 2025 13:23 (UTC +04:00)
Azərbaycan bu ölkəyə yod satışını 45%-ə yaxın azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Hindistana 10 ton yod ixrac edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda ixracdan əldə olunan gəlir 560 min ABŞ dolları olub.

Hindistana yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 8 ton və ya 44,5%, dəyər ifadəsi ilə 412 min ABŞ dolları, yaxud da 42,4% azalıb. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan Hindistana 18 ton miqdarında, 972 min ABŞ dolları dəyərində yod ixrac edilmişdi.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiya, Hindistan və Çinə yod ixrac edilib. Eyni zamanda, bu məhsul Yaponiya və Almaniyadan idxal olunub.

Məlumat üçün bildirək ki, bu ilin birinci rübündə Azərbaycanda 44 ton yod istehsal edilib. Yod istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% və ya 4,7 ton azalıb. Ötən ilin yanvar-mart aylarında Azərbaycanda 48,7 ton yod istehsal olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti