Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azərbaycana Türkiyədən 115,88 ton miqdarında pambıq toxumu idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 355,11 min ABŞ dolları olub.
Türkiyədən pambıq toxumunun idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 0,53% və ya 620 kiloqram, dəyər ifadəsi ilə 0,4 %, yaxud da 1,44 min ABŞ dolları azalıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana Türkiyədən 356,55 min ABŞ dolları dəyərində 116,5 ton pambıq toxumu gətirilmişdi.
Hesabat dövründə idxal olunan pambıq toxumunun bir kiloqramı üçün orta qiymət 3,06 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana Türkiyə, İsrail və Özbəkistandan 2,576 min ton miqdarında, 7,605 milyon ABŞ dolları dəyərində pambıq toxumu idxal edilib.