Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Trend-in İKZF-dən əldə etdiyi məlumata əsasən, fondun xətti ilə İKZF-nin yaradılmasından indiyədək 54 350 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 3,501 milyard manat təşkil edib.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 549,443 milyon manata bərabər olub.
Həmçinin, kirayəçilərin istifadəsinə 6 978 yaşayış sahəsi verilib.