Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında ölkədə 39,306 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5% azalıb, qeyri neft-qaz sektorunda isə 3,3% artıb.
ÜDM istehsalının 37,3%-i sənaye, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i tikinti, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 21,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3,842 min manata bərabər olub.